Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində işlər sürətlə davam etdirilir
Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi
altında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsinin inkişafı istiqamətində
də məqsədyönlü işlər həyata keçirilir. Yeni mədəniyyət müəssisələrinin inşa
edilməsi, neçə-neçə mədəniyyət obyektlərinin əsaslı təmir olunması, müasir
İncəsənət Mərkəzlərinin istifadəyə verilməsi bu sahənin daim diqqət mərkəzində
olmasından xəbər verir. Ölkəmizdə mədəniyyətin tərəqqisində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın xidmətləri də olduqca böyükdür. Məhz bu qayğı sayəsində istər
paytaxtda, istər ölkənin böyük şəhərlərində, istərsə də rayon mərkəzlərində
əsaslı təmir olunan mədəniyyət müəssisələrinin sayı ildən-ilə artmaqdadır. Respublikamızın hər yerində olduğu kimi Qazaxda da istər
ölkə başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə olan
qayğı daim diqqət mərkəzindədir. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi artıq
bir aydan çoxdur ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən
rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq
Musiqi Məktəbində əsaslı təmir və yenidənqurma işlərinin aparılması dövlətimiz
tərəfindən qazaxlılara, ziyalılarımıza, xüsusilə də musiqi sahəsində çalışan
insanlara, bu sahə ilə məşğul olan gənclərimizə olan diqqət və qayğının
göstəricisidir. Şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində əsas işlərin
xeyli hissəsi artıq arxada qalıb. Belə ki, binanın dam örtüyü vurulub, lazım olan
hissələrdə aparılan hörgü, məktəb binasının xarici fasadında və otaqlarda vurulan
suvaq işləri başa çatıb. Bundan başqa, yeni plastik qapı və pəncərələr qoyulub.
Tavan və döşəmənin vurulması da yekunlaşıb. Hazırda məktəbin həyətində
qazanxananın və sanitar qovşaqların tikintisi davam etdirilir. İstilik
sisteminin çəkilməsi və bir sıra işlər həyata keçirilir. Məlumat üçün bildirək ki, Qazax şəhər 1 nömrəli Uşaq
Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada
fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin
ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin
balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri
otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar,
kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər
müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya
musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka,
1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə
olunur.
GOYEZEN.AZ
Facebook-da paylaş