• Təqvim

  • Maraq



Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir


4-5 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında rayon turnirinin final mərhələsi keçirilib. 

Turnirdə 70-dən artıq idmançı iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı danışaraq, Dahi Rəhbərin gənclərə və idmana göstərdiyi diqqət və qayğısından da geniş bəhs edib. A.Nəbiyev bu gün respublikamızda möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında Ulu Öndərin dəsti-xəttinin, siyasi kursunun əzmlə, qətiyyətlə, uğurla davam etdirilməsini də xüsusilə vurğulayıb və idmançılara uğurlar arzulayıb. 

Sonda Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında rayon turnirinin qalibləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanları ilə təltif olunub.



Facebook-da paylaş