İcra başçısı Ağköynək kəndində və şəhərdə aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində tanış olub
Böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri bu il də uğurla davam etdirilir. Nəinki şəhərdə, eləcə də rayonun Ağköynək kəndində abadlıq işləri həyata keçirilir. Oktyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan quruculuq işlərinin, eləcə də şəhərin Cəlil Məmmədquluzadə (Nəriman Nərimanovdan Xanlıqlar kəndinə gedən ərazi) küçəsində həyata keçirilən abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb. Rayon rəhbəri görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olaraq, görülmüş və görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib. Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan quruculuq işlərinə baxış Şəhərin Cəlil Məmmədquluzadə (Nəriman Nərimanovdan Xanlıqlar kəndinə gedən ərazi) küçəsində həyata keçirilən abadlıq işlərinə baxış
Ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurla icra olunur ki, bu, bütün bölgələrdə abadlıq-quruculuq işlərinin geniş vüsət almasında özünü aydın şəkildə göstərir. Dövlət başçısının göstərdiyi diqqət və qayğı sayəsində son illər günü-gündən gözəlləşən Qazaxda aparılan abadlıq işlərindən bunu aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.


































Facebook-da paylaş














