• Təqvim

  • Maraq

Bu dəfə Kosalar məktəbliləri ilə maarifləndirici görüş keçirilib

Baş Prokurorluğun Kollegiyasının 26 dekabr 2025-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluqorqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi” üzrə Qazax rayon prokurorluğunun tədbirlər planının icrası məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilir.

Növbəti maarifləndirici tədbir Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta ümumtəhsil məktəbin IX, X və XI sinif şagirdləri üçün təşkil olunub.

Məktəblilərlə hərbi xidmətə çağırış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair və ailə zorakılığı barədə maarifləndirici söhbət aparılıb. “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” ilə əlaqədar “Təmiz gələcək - #YoxDe”, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hərbi xidmətə çağırış, hərbi xidmətdən azadetmə və ya möhlət verilməsinin şərtləri və hərbi xidmətə yararsızlığın tibbi meyarları, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə məsuliyyət, Yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə məsuliyyət, Erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair qanunvericiliyin tələbləri, Ailədaxili zorakılıq, habelə gənclər arasında hüquq pozuntuları və ictimai asayişin pozulması kimi hallar üzrə qeyd olunan hərəkətlərə yol verilməsinin hüquqi nəticələri mövzularında şagirdlərə ətraflı məlumat verilib.

Görüşdə Qazax rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Aidə Nəzərli, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri İslam Carçıyev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi baş leytenant Vüsal Dolxanov, Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova, adı çəkilən məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Qazax rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Aidə Nəzərli çıxış edərək məktəbliləri salamlayıb, onlarla təşkl olunmuş görüşün əhəmiyyətindən söz açıb. Aidə Nəzərli cəmiyyəti narahat edən, xüsusilə gənc nəslin şəxsi keyfiyyətlərinin formalaşmasına mənfi təsir göstərən bir sıra ictimai təhlükəli əməllərin qarşısının alınması üçün profilaktik tədbir görülməsini ehtiva edən “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi” əsasında hazırlanmış Qazax rayon prokurorluğunun “Tədbirlər planı”nın icrası ilə əlaqadar hazırki tədbirin təşkil olunduğunu bildirib. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hərbi xidmətə çağırış, hərbi xidmətdən azadetmə və ya möhlət verilməsinin şərtləri və hərbi xidmətə yararsızlığın tibbi meyarları, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, bu vasitə və maddələrdən istifadənin insan orqanizminə fəsadları, erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair qanunvericiliyin tələbləri, erkən nikaha daxil olmanın fəsadları və nəticələri, ailədaxili zorakılığın uşaqlara təsiri, digər fəsadları və nəticələri, uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar valideynlik hüquqlarının məhdudlaşdırılması və yaxud valideynlik hüququndan məhrum edilmənin hüquqi əsasları mövzularında ətraflı çıxıış edib. A.Nəzərli dövlətimiz, cəmiyyətimiz üçün təhlükə mənbəyi olan narkomaniya ilə mübarizə sahəsində hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən narkomaniya ilə mübarizə sahəsində görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiq mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd edib. A.Nəzərli gənclərə narkomaniya kimi bəladan uzaq olmağı tövsiyə edib. Nakomaniyanın məişət zorakılığına gətirib çıxardığını söyləyib. Erkən nikahla bağlı mübarizə tədbirlərini diqqətə çatdıran natiq bu mövzuda hər kəsin cinayət daşıdığını, erkən nikaha daxil olan şəxslərlə yanaşı, ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb olunduqlarını bildirib. A.Nəzərli Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Natiq sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını, erkən nikahdan çəkinmələrini, bu kimi hadisələrin şahidi olduqda aidiyyəti qurumlara məlumat vermələrini tövsiyə edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdıraraq, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiq mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd edib. Rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikahla bağlı mübarizə sahəsini də xüsusi nəzarətdə, daim diqqət mərkəzində saxladığını, ilk gündən bu sahələrdə barışmaz mövqedə olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu”nun, “Yerli monitorinq və əlaqələndirmə qrupu”nun Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini bildirib.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi baş leytenant Vüsal Dolxanov çıxış edərək hərbi xidmətə çağırışın əsasları və möhlət hüququnun yaranması barədə ətraflı məlumat verib.

Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova çıxış edərək narkotiklərin insan orqanizminə fəsadları barədə gənclərə məlumat verib.Narkotik istifadə edən şəxslərin əlamətlərini diqqətə çatdıranN.Osmanovabildirib ki, narkomaniya asılılığının digər təhlükəli xüsusiyyəti bu patoloji vəziyyətin geridönməzliyidir. Yəni, dərmanların yan təsirindən bədənin uğradığı dəyişikliklərin bir hissəsi orqanizmdə əbədi olaraq qalır. Hətta uzun müddət bu zərərli vərdişdən uzaq durmağı bacarmış narkotik aludəçisi yalnız bircə dəfə "yüksək" yaşamağa qərar verərsə, o zaman yenidən narkotika cəhənnəminə düşür. Məhz bu səbəbdən həkimlər ümumiyyətlə "sağalmış narkomanlar" ifadəsi əvəzinə "hərəkətsiz narkomanlar" (yəni, bu anda narkotikdən istifadə etməyən) deyiminə üstünlük verirlər. İnsan psixikasında narkotik asılılığın nəticələri müəyyən dərəcədə kompensasiya olunsa da, təəssüf ki, narkomanların əksəriyyəti üçün zehni pozğunluq diaqnozu ömürlük olaraq dəyişməz qalır. Narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Belə ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnməsinə yol açır. Nəticədə orqanizm zəifləyir, çəki itkisi yaranır, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir. Araşdırmalar göstərir ki, erkən yaşdan narkotik qəbul edən şəxslərin ömrü 35-40 il arası təşkil edir.

Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta ümumtəhsil məktəbin direktoru Samir Hüseynov çıxış edərək məktəblilərlə keçirilən maarifləndirici görüşün təşkilinə görə məktəb kollektivi adından razılığını bildirib, tədbirin təşkilatçılarına minnətdarlıq edib.

Tədbirdə məktəblilərə Baş Prokurorluq tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, onların insan sağlamlığına və cəmiyyətə vurduğu zərər barədə məlumatlılığın artırılması məqsədilə hazırlanmış və əvvəlcədən çap edilmiş maarifləndirici bukletlər də paylanılıb.




Facebook-da paylaş


{sape_links}