• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda "e-future" - aztəminatlı gənclərə İKT bilik və bacarıqlarının aşılanması” layihəsinin tədbirləri start götürüb

 

 


Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsində qaliblərdən biri olan Toğrul Musalının icra etdiyi "e-future" - aztəminatlı gənclərə İKT bilik və bacarıqlarının aşılanması” layihəsinin tədbirləri start götürüb. Layihənin məqsədi Qazax şəhərində aztəminatlı ailələrdən olan gənclər, eləcə də tələbələr üçün ödənişsiz kompüter kursunun təşkilidir.

Kursun ilk təlimində gənclərə ümumi və ilkin kompüter bilikləri verilib. Növbəti təlimlərdə "Microsoft Word”, "Excell” və "Powerpoint” kimi ofis proqramları tədris olunacaq.

Qeyd edək ki, Qazax Gənclər Mərkəzində təşkil olunan kursda dərslər təcrübəli təlimçi İradə Həsənova tərəfindən keçirilir. Təlim kursunda 26 gənc iştirak edir.





 

GOYEZEN.AZ


 

 



Facebook-da paylaş