İcra başçısı Mərkəzi bazarda aparılan abadlıq işləri ilə tanış olub
Noyabrın 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Nazim” MMC-yə məxsus şəhərin mərkəzində yerləşən Mərkəzi bazarda olub. Rayon rəhbəri Mərkəzi bazarda yaradılan səliqə-sahmanla, eləcə də sahibkarlara məxsus obyektlərdə aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb. Bazarda sakinlərin rahat şəkildə hərəkət etmələri üçün yaradılan şəraitlə tanış olan icra başçısı bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
















Facebook-da paylaş














