• Təqvim

  • Maraq

Qazaxda Prezident Administrasiyasının nümayəndəsi və İcra başçısı rayonun Ağköynək kəndində aparılan abadlıq işləri ilə yerində tanış olublar

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Görülmüş işlər nəticəsində nəinki paytaxt Bakı, eləcə də bütün bölgələrimiz müasirləşir, gözəlləşir. Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Qazaxın timsalında, rayonda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Belə ki, rayonun Ağköynək kəndində, eləcə də şəhərdə evlərin dam örtükləri yenilənir, fasadı suvanaraq rənglənir, yeni hasar çəkilərək səki salınır, küçələr işıqlandırılır, bir sözlə, illərdir davam edən quruculuq işləri uğurla icra olunur.

Noyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev rayonun Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında həyata keçirilən abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıblar. Rayon rəhbərliyi görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olaraq, görülmüş və görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.




Facebook-da paylaş


{sape_links}