• Təqvim

  • Maraq

Məktəblilərlə növbəti maarifləndirici söhbət aparılıb

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu”nun, “Yerli monitorinq və əlaqələndirmə qrupu”nun 2026-cı il Tədbirlər Planına uyğun olaraq “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları”, “Məişət zorakılığına qarşı mübarizə”yə həsr edilmiş mövzularda mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir.

Noyabrın 12-də Tədbirlər Planına uyğun olaraq qeyd edilən mövzular ətrafında növbəti maarifləndirici tədbir Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli, Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli və Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta ümumtəhsil məktəblərində təhsil alan yuxarı sinif şagirdləri üçün keçirilib. Məktəblilərlə olan görüşdə 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən silsilə tədbirlərdən, bu aylığın əhəmiyyətindən, uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlərdən də söz açılıb.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova,Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova, adı çəkilən məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Bugünkü tədbirin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini, erkən nikahın fəsadlarını, bu sahədə həyata keçirilən mübarizə tədbirlərini gənclərin diqqətinə çatdırmaq olduğunu qeyd edib. O, yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiq mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Gələcəyimiz olan gənc və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmalarını tövsiyə edərək bu məsələdə daha həssas olmalarını bildirib. K.Cəfərova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikahla bağlı mübarizə sahəsini də xüsusi nəzarətdə, daim diqqət mərkəzində saxladığını, ilk gündən bu sahələrdə barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu”nun Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. K.Cəfərova məişət zorakılığı və onun qorunma yolları, psixoloji dəstək, auditoriyaya antisosial mühitdən qorunmağın psixoloji yolları barədə geniş məlumat verib. K.Cəfərova ölkə Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətindən danışıb. Qeyd edib ki, zorakılıq, xüsusilə də məişət zorakılığı və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına cəmiyyət olaraq profilaktik tədbirlər görərək məişət zorakılığı kimi cinayət hadisələrinin qarşısını ala bilərik. K.Cəfərova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nın 6.1.8-2-ci bəndinə əsasən gənclərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumat verib. Bundan əlavə,gənclər arasında ailə dəyərlərinin təbliği, gənclər arasında sağlam həyat tərzinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı, erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları, erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi, gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması, gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi mövzularında da söhbət aparıb.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov çıxış edərək ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb. E.Cəfərov bildirib ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev uşaqlara hər zaman böyük diqqət və sonsuz məhəbbət göstərib. Azərbaycanda uşaqların sağlam olması, onların yaxşı təhsil alması, Vətən və xalq üçün layiqli vətəndaş kimi yetişməsi Ümummilli Liderimizin siyasətinin əsas hissəsi olub. Dahi şəxsiyyət hər zaman böyük işlərdən vaxt taparaq uşaqların görüşünə gəlir, problemlərinin həlli istiqamətində misilsiz işlər görürdü. Bu məqsədyönlü siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Uşaqlar gələcəyimizi təcəssüm etdirən ən dəyərli sərvətimizdir. Uşaqların hüquqların müdafiəsi və təbliği uşaqların inkişafı, rifahı, onların müxtəlif zərərli vərdişlərdən qorunması baxımından mühüm əhəmiyyətə malikdir. “Uşaq hüquqları aylığı“nın keçirilməsinin məqsədi uşaqlara diqqət və qayğının daha da artırılması, onların müdafiəsinin daha effektivliyinin təmin edilməsidir. Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” təsdiq edilmiş və dövlət başçısının 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na əsasən uşaqların hüquqları bu gün Azərbaycanda səmərəli təmin olunur. Natiq çıxışında ölkəmizin öz müstəqilliyinə qovuşduqdan sonra dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atıldığını bildirib. Bu gün cəmiyyətimizdə narkomaniyanın bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən birinə çevrildiyini diqqətə çatdırıb. Xüsusilə, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işlərinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Natiq erkən nikah və onun fəsadları barədə məlumat verərək bu sahədə dövlət tərəfindən hüquqi baxımdan həyata keçirilən tədbirlərdən söz açıb.

Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova çıxış edərək narkotiklərin insan orqanizminə fəsadları barədə gənclərə məlumat verib. Narkotik istifadə edən şəxslərin əlamətlərini diqqətə çatdıran N.Osmanova bildirib ki, narkomaniya asılılığının digər təhlükəli xüsusiyyəti bu patoloji vəziyyətin geridönməzliyidir. Yəni, dərmanların yan təsirindən bədənin uğradığı dəyişikliklərin bir hissəsi orqanizmdə əbədi olaraq qalır. Hətta uzun müddət bu zərərli vərdişdən uzaq durmağı bacarmış narkotik aludəçisi yalnız bircə dəfə "yüksək" yaşamağa qərar verərsə, o zaman yenidən narkotika cəhənnəminə düşür. Məhz bu səbəbdən həkimlər ümumiyyətlə "sağalmış narkomanlar" ifadəsi əvəzinə "hərəkətsiz narkomanlar" (yəni, bu anda narkotikdən istifadə etməyən) deyiminə üstünlük verirlər. İnsan psixikasında narkotik asılılığın nəticələri müəyyən dərəcədə kompensasiya olunsa da, təəssüf ki, narkomanların əksəriyyəti üçün zehni pozğunluq diaqnozu ömürlük olaraq dəyişməz qalır. Narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Belə ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnməsinə yol açır. Nəticədə orqanizm zəifləyir, çəki itkisi yaranır, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir. Araşdırmalar göstərir ki, erkən yaşdan narkotik qəbul edən şəxslərin ömrü 35-40 il arası təşkil edir.

Tədbirdə digər çıxış edənlər narkomaniyanın törətdiyi fəsadlardan və insan həyatına vurduğu mənfi təsirindən söz açıb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Məktəblilərə sağlam həyat tərzi sürmək üçün asudə vaxtlarını səmərəli keçirmələrini, idmanla məşğul olmalarını tövsiyə ediblər.

Tədbirdə mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.




Facebook-da paylaş


{sape_links}