• Təqvim

  • Unutma

  • Maraq



Qazax GİKM-nin nəzdində "Eco Club" və "Game Club" təsis olunub

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində "Eco Club" və "Game Club" təsis olunub.

"Eco Club"un yaradılmasında məqsəd ətraf mühitin qorunmasında fəal iştirak etmək, təbiətə qarşı qayğıkeş münasibəti formalaşdırmaq, ekoloji problemlərin həlli yollarını axtarmaq və gəncləri təbiətin qorunması ilə bağlı fəaliyyətə cəlb etməkdir.

"Game Club"da isə əsasən həftə sonları gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif əyləncəli və interaktiv oyunların keçirilməsi nəzərdə tutulub.

 

GOYEZEN.AZ



Facebook-da paylaş