• Təqvim

  • Unutma

  • Maraq



Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti təqdimat mərasimi keçirilib


Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti təqdimat mərasimi aprelin 24-də Bakı Dövlət Universitetinin Qazax filialında baş tutub.

Mərkəzin direktoru İsmayıl Süleymanov əvvəlcə Azərbaycan Respublikasının Gənclər Fondu, Fondun elan etdiyi təhsil və məşğulluq proqramları haqda qısa məlumat verib. Sonra yeni yaradılmış Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də mərkəzin nəzdində fəaliyyət göstərəcək xarici dil, kompüter və s. kurslar və maraq klubları barədə ətraflı danışıb.

"Tarix-Coğrafiya" və "Riyaziyyat-İnformatika" fakültələrinin sonuncu kurs tələbələri ilə geniş müzakirələr şəraitində keçirilən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.




GOYEZEN.AZ



Facebook-da paylaş