• Təqvim

  • Unutma

  • Maraq



Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri “Könüllü qonaq” aksiyasını uğurla davam etdirir


Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan "Könüllü qonaq” təşəbbüsünə qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri bu aksiyanı uğurla davam etdirir.

Fəal gənclərin qatıldığı bu aksiya qonaq olduqları ev sahibləri tərəfindən də maraqla qarşılanır. Sözügedən təşəbbüsün əsas məqsədi isə qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işləri aparmaq, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaratmaqdır.

Könüllülər və aktiv gənclər bu dəfə şəhərdə tənha yaşayan Afət ananın evində olublar. Ona məişət işlərində köməklik göstəriblər. Təmizlik işləri görən gənclər, həmçinin bağda da səliqə-sahman yaradıblar.    

Gənclər ölkəmizin digər şəhər və kəndlərində yaşayan həmyaşıdlarını da #könüllüqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.




 

GOYEZEN.AZ



Facebook-da paylaş