• Təqvim

  • Unutma

  • Maraq



“Könüllü qonaq” təşəbbüsünə Qazax gəncləri də qoşulublar


Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan "Könüllü qonaq” təşəbbüsünə Qazax gəncləri də qoşulublar.

Adı çəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.  

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin və fəal gənclərin qatıldığı bu təşəbbüs qonaq olduqları ev sahibləri tərəfindən də maraq və rəğbətlə qarşılanıb.




 

GOYEZEN.AZ



Facebook-da paylaş