Qazaxda icra başçısı dam örtüyü yenilənən evlərə baxış keçirib
Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Oktyabrın 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların müraciəti əsasında şəhərin Heydər Əliyev prospektində 2025-ci ilin yaz-yay aylarında yağan dolu səbəbindən yararsız vəziyyətə düşmüş köhnə dam örtüyü yenilənən evlərə baxış keçirib. Rayon rəhbəri görülmüş işlərlə yerində maraqlanıb, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Heydər Əliyev prospekti 116 Heydər Əliyev prospekti 118 Heydər Əliyev prospekti 140
Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Görülmüş işlər nəticəsində paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimiz müasirləşir, gözəlləşir. Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Qazaxın timsalında, rayonda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir. 




























































Facebook-da paylaş














