Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb
Şəhərin təmizliyinin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də odur ki, tərtib olunmuş qrafik əsasında şəhərin prospekt və küçələrində gündəlik olaraq, səhər və axşam saatlarında təmizlik işləri aparılır. Qazax Kommunal Müəssisələri Kombinatının işçiləri tərəfindən məişət tullantılarının vaxtlı-vaxtında götürülməsi təmin edilir, təmizlik işlərinə nəzarət artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 07 may tarixli 307s nömrəli Sərəncamının və 2026-cı il 24 sentyabr tarixli D/O № 1-5/1-16872/2026 nömrəli tapşırığının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2026-cı il üzrə artıq ikinci tullantı daşıyan avtomobil Qazax Kommunal Müəssisələri Kombinatınaverilib. Oktyabrın 6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərdə məişət tullantılarının daşınması üçün yeni ayrılmış maşına baxış keçirib. Rayon rəhbəri hər zaman olduğu kimi, bundan sonra da şəhərin prospekt və küçələrində məişət tullantılarının vaxtında daşınması, səliqə-sahmana ciddi nəzarət olunması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Unutmayaq ki, şəhərimizi, yaşadığımız ərazini, eləcə də ətraf mühiti təmiz saxlamaq hər birimizin vətəndaşlıq borcu və vəzifəsidir!. Bu gün həm də balaca fidanla səmimi söhbət edən icra başçısı ona qayğısını əsirgəməyib, diqqət ayırıb.
Son illər Qazaxda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə yanaşı, şəhərin təmizliyi də daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbərliyinin tapşırıq və göstərişinə əsasən şəhərin təmizliyinə xüsusi diqqət ayrılmasının, rayonun yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsinin, magistral avtomobil yollarının kənarlarında, ictimai yerlərdə, turizm və iaşə obyektərində atılıb qalmış zibillərin vaxtlı-vaxtında götürülməsinin nəticəsidir ki, bu gün Qazax təmiz şəhərlər sırasında dayanır.






Facebook-da paylaş














