İcra başçısı şəhərdə yeni işıqlandırma sistemi qurulan küçələrdə olub
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. Sakinlər onlara göstərilən qayğıya, eləcə də müraciətlərinə operativ şəkildə baxılmasına razılıq edərək buna görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Yaşadıqları küçənin qısa vaxtda işıqlandırılmasına görə rayon rəhbərliyinə və əziyyəti keçən insanlara təşəkkürlərini ifadə ediblər. Qeyd edək ki, adları çəkilən küçələrdə yaşayan sakinlərin küçənin işıqlandırılması ilə bağlı müraciəti şəhər Bələdiyyəsi tərəfindən öz müsbət həllini tapıb. Küçələrə dayaq basdırılaraq konsol tipli xarici LED küçə işığı (kobra) qoyularaq küçənin işıqlanması təmin edilib.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanması hər bir dövlət məmuruna nümunədir. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir.
Sentyabrın 30-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhərin Fətəli Xan Xoyski və şəhid Xaliddin Nəsibov küçələrində yaşayan bir qrup sakinin müraciətinə əsasən yerində baxış keçirməsi, sakinlərin yaşadıqları küçənin işıqlandırılması ilə bağlı müraciətlərini dinləməsi, sözügedən məsələnin müsbət həllini tapması, küçələrin işıqlandırılması rayonda vətəndaş amilinin əsas götürülməsininbariz nümunəsidir. Rayon rəhbəri icra aparatının məsul şəxsləri ilə birlikdə axşam saatlarında sözügedən həmin küçələrdə olub, görülmüş işlərin nəticəsi və küçələrin işıqlanması ilə yerində maraqlanıb.









Facebook-da paylaş














