• Təqvim

  • Maraq

Qazaxda icra başçısı dam örtüyünün yenilənməsi nəzərdə tutulan evlərə baxış keçirib

Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Görülmüş işlər nəticəsində paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimiz müasirləşir, gözəlləşir. Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Qazaxın timsalında, rayonda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir.

Sentyabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların müraciəti əsasında şəhərin Heydər Əliyev prospekti, Əliağa Şıxlinski və Aslan Kəmərli küçələrində olub, 2025-ci ilin yaz-yay aylarında yağan dolu səbəbindən yararsız vəziyyətə düşmüş köhnə dam örtüyünün yenilənməsi nəzərdə tutulan evlərə baxış keçirib.

Rayon rəhbəri görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Heydər Əliyev prospekti

Əliağa Şıxlinski küçəsi

Aslan Kəmərli küçəsi




Facebook-da paylaş


{sape_links}