Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı dam örtüyünün yenilənməsi nəzərdə tutulan evlərə baxış keçirib
Qazaxda icra başçısı dam örtüyünün yenilənməsi nəzərdə tutulan evlərə baxış keçiribBu gün, 19:45 |
|
Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Sentyabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların müraciəti əsasında şəhərin Heydər Əliyev prospekti, Əliağa Şıxlinski və Aslan Kəmərli küçələrində olub, 2025-ci ilin yaz-yay aylarında yağan dolu səbəbindən yararsız vəziyyətə düşmüş köhnə dam örtüyünün yenilənməsi nəzərdə tutulan evlərə baxış keçirib. Rayon rəhbəri görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Heydər Əliyev prospekti
Əliağa Şıxlinski küçəsi
Aslan Kəmərli küçəsi
Geri qayıt |