Qazaxda 27 Sentyabr - Anım Günü silsilə tədbirlərlə qeyd olundu
Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 27 Sentyabr - Anım Günü Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olundu. Anım tədbirlərinə rayon rəhbərliyi tərəfindən şəhidərimizin məzarlarının ziyarət olunması ilə strat verilmiş, qəhrəman oğullarımız dərin ehtiramla anılmışlar. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 6, Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, 37 tam orta ümumtəhsil və 2 məktəbdənkənar təhsil müəssisəsi, eləcə də səhiyyə, mədəniyyət, gənclər sahəsi, idarə, müəssisə və təşkilatlar, xidmət sahələri üzrə silsilə tədbirlər təşkil olunmuşdur. Ümumilikdə, 27 tədbir keçirilmişdir. Həmçinin, Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmiş. aksiya zamanı rayonun Xanlıqlar kəndi ərazisində 300 ədəd eldar şamı, şəhərin Heydər Əliyev parkında, Fəxri Qazaxlılar parkında, Şəhidlər Xiyabanında və “Qarabağ Azərbaycandır!” Abidə Kompleksində 250 ədəd gül kolları əkilmişdir. Təqdirəlayiq haldır ki, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri hər zaman olduğu kimi, bu dəfə də nümunəvi addımları ilə seçilmiş, gənclər bu dəfə 27 Sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərin uyuduğu qəbiristanlıqda, Şəhidlər Xiyabanında şəhidlərimizin şəkli əks olunmuş lövhələri silərək, xiyabanda təmizlik işləri apararaq igid Vətən oğullarına olan sonsuz ehtiramlarını bildirmişlər.
2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan, 44 günlük Vətən müharibəsindən, “Dəmir yumruq” adını alan haqq savaşından 6 il ötdü. 44 günlük müharibədə Azərbaycan Ordusu, igid Vətən oğulları canlarını fəda edərək Şəhidlik zirvəsinə ucaldılar, qazilərimiz sağlamlığını Vətən yolunda qurban etdilər.
Facebook-da paylaş














