• Təqvim

  • Maraq

Qazaxda ev təsərrüfatlarının uçotu kitabının planşetlər vasitəsilə işlənməsi ilə bağlı görülməsi nəzərdə tutulan işlər müzakirə olunub

Noyabrın 17-də Qazax rayonunda ev təsərrüfatlarının uçotu kitabının planşetlər vasitəsilə işlənməsi və məlumatların elektron qaydada toplanması ilə bağlı görülməsi nəzərdə tutulan işlər müzakirə olunub.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev, Qazax Rayon Statistika İdarəsinin rəisi Dürdanə Xəlilova iştirak ediblər.

Görüşdə ev təsərrüfatlarının uçotu kitabının düzgün və dəqiq aparılmasının əhəmiyyəti, məlumatların planşetlər vasitəsilə elektron sistemə daxil edilməsi, məlumatların operativ və keyfiyyətli toplanması, eləcə də iş prosesində qarşıya çıxan məsələlər müzakirə olunub.Bildirilib ki, müasir texnologiyalardan istifadə uçot prosesinin daha səmərəli təşkilinə, məlumatların dəqiqliyinin artırılmasına və işin operativliyinin təmin edilməsinə xidmət edir. Görüşdə ev təsərrüfatlarının uçotu kitabının düzgün və dəqiq aparılması ilə bağlı görülməsi nəzərdə tutulan işlər müzakirə olunaraq müvafiq tapşırıq və tövsiyələr verilib.




Facebook-da paylaş


{sape_links}