Qazaxda uşaq bağçalarının açılması ilə əlaqədar təmizlik işləri aparılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət
göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili
barədə” 29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarına əsasən Bakı,
Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, 2020-ci il sentyabrın 15-dən ölkənin digər şəhər
və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin
- dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq
bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik
normalara əməl edilməklə mümkündür. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən İcra
Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə fəaliyyət göstərən
25 (6-sı şəhər, 19-u kənd) məktəbəqədər
təhsil müəssisəsinin hər birində koronavirus infeksiyasına qarşı dezinfeksiya
işləri aparılıb. Dezinfeksiya işləri ilə yanaşı, uşaq bağçalarında geniş
təmizlik, tibbi-profilaktik işlər də həyata keçirilib. Onu da qeyd edək ki, rayonda uşaq bağçaları fəaliyyətə
başladıqdan sonra otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara
diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq. Bundan
əlavə, hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulacaq.
Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçüləcək,
tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həmçinin, bütün
bağçalar xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, bu
müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl
olunmasına, işçilərin tibbi maskadan istifadə etmələrinə, sosial məsafənin
gözlənilməsinə nəzarət Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən
həyata keçiriləcək. Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçası
Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçası GOYEZEN.AZ
Facebook-da paylaş