Əsas Səhifə > Manşet / Təhsil / Maraq > Qazaxda uşaq bağçalarının açılması ilə əlaqədar təmizlik işləri aparılıb

Qazaxda uşaq bağçalarının açılması ilə əlaqədar təmizlik işləri aparılıb


12-09-2020, 15:46


Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarına əsasən  Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, 2020-ci il sentyabrın 15-dən ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən İcra Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə fəaliyyət göstərən 25 (6-sı şəhər, 19-u kənd) məktəbəqədər təhsil müəssisəsinin hər birində koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri ilə yanaşı, uşaq bağçalarında geniş təmizlik, tibbi-profilaktik işlər də həyata keçirilib.

Onu da qeyd edək ki, rayonda uşaq bağçaları fəaliyyətə başladıqdan sonra otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq. Bundan əlavə, hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulacaq. Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həmçinin, bütün bağçalar xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına, işçilərin tibbi maskadan istifadə etmələrinə, sosial məsafənin gözlənilməsinə nəzarət Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçası
















 Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçası


















GOYEZEN.AZ


Geri qayıt