Qazaxda uşaq bağçalarının açılması ilə əlaqədar videokonfrans keçirilib və bağça müdirlərinə tapşırıq verilib
Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə
Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və
təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312
nömrəli Qərarına əsasən 2020-ci il
sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər
təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə
icazə verilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə
alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.
Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə rayonda şəhər və kəndlər üzrə fəaliyyət göstərən bağça
müdirlərinin iştirakı ilə videokonfrans keçirilib. RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçiləri Gülnar Quluyevanın və Teybə
Hüseynovanın iştirakı ilə təşkil olunan videokonfransdaNazirlər Kabinetinin müvafiq Qərarından irəli gələn məsələlər və qarşıda duran vəzifələr müzakirə
olunub.
Qazax RİH başçısı aparatında baş
məsələhətçi Teybə Hüseynova çıxış edərək keçirilən videokonfransın məqsədindən
danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlərdən
söz açıb. T.Hüseynova qeyd edib ki, bu gün dövlət başçısının rəhbərliyi
altında koronavirus pandemiyasına qarşı həyata keçirilən məqsədyönlü
tədbirlərin və əldə edilən uğurlu nəticələrin sayəsində bəzi yumşalmalar mümkün
olmuş, eləcə də körpələr evi-uşaq bağçalarının açılması mümkün olmuşdur. T.Hüseynova hazırki vəziyyətlə əlaqədar bütün
bağça müdirlərinin, eləcə də çalışan hər bir işçinin üzərinə böyük məsuliyyət
düşdüyünü bildirib. Rayonda uşaq bağçaları fəaliyyətə başladıqdan
sonra xüsusi karantin rejiminin tələblərinin birmənalı şəkildə yerinə
yetirilməsinə, bağçalarda sanitar-gigiyena və karantin qaydalarının tələblərinə
ciddi əməl edilməsinə Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən daim
nəzarət olunacağını diqqətə çatdırıb.
İcra hakimiyyətinin tabeçiliyində olan şəhər və
kəndlər üzrə fəaliyyət göstərən 25 (6-sı
şəhər, 19-u kənd) məktəbəqədər təhsil müəssisəsində dezinfeksiya
işlərinin aparıldığını vurğulayan T.Hüseynova bu işlərin mütəmadi olaraq davam
etdiriləcəyini qeyd edib. Bundan əlavə, uşaq bağçalarında geniş təmizlik,
tibbi-profilaktik işlərin görülməsini, otaqların havalandırılmasına, mətbəx və
sanitar qovşaqlara diqqətin artırılmasını bildirib. İşçi heyətin hazırkı
şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılmasının, maarifləndirmənin,
hər bir bağçanın girişində məlumat lövhələrinin, xüsusi dezinfeksiyaedici
məhlulların, gigiyenik vasitələrin qoyulmasının və mütəmadi olaraq istifadə
olunmasının, hər gün bağçaya gələn işçi heyətin və uşaqların temperaturunun
ölçülməsinin, tərbiyəçilərin tez-tez valideynlərlə əlaqə saxlamalarının,
bağçaya kənar şəxslərin daxil olmasına nəzarətin gücləndirilməsinin vacibliyini
qeyd edib. Bağça müdiri başda olmaqla, işçi heyətin tibbi maskadan istifadə
etməsini, sosial məsafənin saxlanılmasını, xüsusilə də məşğələ zamanı ciddi
şəkildə əməl edilməsini vurğulayıb. Uşaqların qidalanmasına, ərzaqların
keyfiyyətinə, bişirilmə və istifadə qaydasına nəzarəti daha da gücləndirməli
olduqlarını qeyd edib. Qeyd edilən bütün məsələlərlə bağlı ciddi tapşırıqlarını
verib.
Qazax RİH başçısı aparatında baş məsələhətçi Gülnar Quluyeva çıxış edərək bağça müdirlərinə
işlərində uğurlar arzulayıb. G.Quluyeva ölkəmizdə, eləcə də rayonda pandemiya
ilə mübarizə tədbirlərində görülmüş işlərdən danışaraq bu sahədə bundan sonra da
məsuliyyətli olmağı bir daha vurğulayıb. Qeyd edib ki, uşaqlar bizim
gələcəyimizdir və onların sağlam gələcəyi naminə bundan sonra da var qüvvəmizlə
çalışmalı, pandemiya ilə mübarizə tədbirlərinə dəstək olmalı və öz töhfəmizi
verməliyik.
Qazaxbəyli kənd uşaq bağçasının müdiri Gözəl
Allahverdiyeva çıxış edərək verilən tapşırıqlardan hər bir bağça müdirinin və
kollektivinin nəticə çıxarmağını, əl-ələ verərək pandemiya ilə mübarizədə
virusa qalib gəlmək üçün daha məsuliyyətlə çalışmağı tövsiyə edib. Uşaqların
sağlamlığı naminə hər kəsin bu işdə səfərbər olacağını bildirib və həmkarlarına
uğurlar arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş