• Təqvim

  • Maraq

İcra başçısı şəhərdə yeni işıqlandırma sistemi qurulan küçələrdə olub

Bu gün əminliklə söyləyə bilərik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla icra olunması sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Görülmüş işlər nəticəsində nəinki paytaxt Bakı, eləcə də bütün şəhər və rayonlarımız gündən-günə müasirləşir, gözəlləşir, daha abad olur. Bunu son bir neçə ildə Qazaxın timsalında, rayonda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir. Şəhərin Nəriman Nərimanov yaşayış massivində, Əliağa Şıxlinski küçəsində aparılan genişmiqyaslı quruculuq işləri dediklərimizin əyani sübutudur. Böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən abadlıq işləri bu gün də davam etdirilir.

Oktyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərdə yeni işıqlandırma sistemi qurulan Firuddin bəy Köçərli (keçmiş Azadlıq küçəsi döngə 1) və şəhid leytenantMayis Yaqubov küçələrində olub, sözügedən küçələrin işıqlandırılması ilə bağlı görülmüş işlərlə yerində maraqlanıb.

Sakinlər onlara göstərilən qayğıya, eləcə də müraciətlərinə baxılmasına görə razılıq edir, bütün bunlara görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildirirlər.




Facebook-da paylaş


{sape_links}