Qazaxda küçələri işıqlandırılan sakinlər minnətdarlıq edirlər
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. Şəhərin Süleyman Rüstəm, Musa Məmmədov, Fərid Nəbiyev, Ramin Hüseynov küçələrində yaşayan sakinlərin yaşadıqları küçələrin işıqlandırılması ilə bağlı müraciətlərinin müsbət həllini tapması, sözügedən küçələrin işıqlandırılması rayonda vətəndaş amilinin əsas götürülməsinin bariz nümunəsidir. Adları çəkilən küçələrdə dayaq basdırılaraq konsol tipli xarici LED küçə işığı (kobra) qoyularaq küçənin işıqlanmasının təmin edilməsi, həmçinin, şəhər Bələdiyyəsi tərəfindən Fərid Nəbiyev, Ramin Hüseynov küçələrinə şeben tökülməsi vətəndaşlara göstərilən növbəti qayğıdır. “Hörmətli Rəcəb müəllim. Qazax rayonunda son dövrlərdə həyata keçirilən abadlıq, quruculuq və sosialyönümlü tədbirlər sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Sizin rəhbərliyinizlə rayonumuzda aparılan bu məqsədyönlü işlərin növbəti əyani sübutu olaraq, bizim yaşadığımız N.Nərimanov qəsəbəsi 35 küçəsinə (indiki Ramin Hüseynov) yeni işıq lampalarının çəkilməsi, eləcə də yolların abadlaşdırılması sakinlərimiz tərəfindən böyük sevinclə və razılıqla qarşılandı. Küçəmizin işıqlanması və yolların səliqəyə salınması həm gecə saatlarında hərəkətin təhlükəsizliyini təmin edir, həm də ərazimizin estetik görünüşünü xeyli yaxşılaşdırır. Küçəmizin sakinləri adından göstərdiyiniz diqqətə, qayğıya və operativ həll olunan məsələlərə görə Sizə və rayonun icra strukturunun əməkdaşlarına səmimi qəlblə dərin təşəkkürümüzü bildiririk. Vətəndaş rifahının yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinizdə Sizə yeni uğurlar və möhkəm cansağlığı arzulayırıq. Sizi həmişə Qazax rayonunun başçısı kimi görmək istəyirik. Hörmətlə, Küçəmizin sakinləri adından Əliyev Yusif Şimid oğlu”.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanması hər bir dövlət məmuruna nümunədir. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir.
Ramin Hüseynov (keçmiş Nəriman Nərimanov qəsəbəsində yaşayan sakinlər rayon rəhbərinə ünvanladıqları məktubda öz minnətdarlıqlarını bildirirlər. Həmin məktubu təqdim edirik:
Facebook-da paylaş














