Vətəndaşların nəzərinə!
Qazaxda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Tovuz Regional İdarəsinin, Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin və “Qazax Avtovağzal” ASC-nin rəhbərliyi tərəfindən marşrut sürücüləri ilə görüş keçirilərək, onlarla dayanacaqlardan kənarda saxlamamaları barədə müvafiq söhbət aparılıb. Həmçnin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Tovuz Regional İdarəsi və Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsi tərəfindən şəhərin Heydər Əliyev prospektində, Bakı, Əliağa Şıxlinski, Firuddin Şamoyev küçələrində sərnişinlərin dayanacaqlarda minməsi və ya düşməsi üçün məlumatlandırıcı nişanların qoyulduğu, eləcə də 4 yeni dayanacağın əlavə olunduğu marşrut sürücülərinin diqqətinə çatdırılıb. Sözügedən nişan göy rəngli düzbucaqlı çərçivə içərisində, ağ fonda qara rənglə çəkilmiş avtobus simvolundan ibarətdir. Bundan əlavə, bu nişanla birlikdə asfalt üzərində sarı rəngli ziq-zaq xətt çəkilib. Bütün bunları nəzərə alaraq vətəndaşlardan, sərnişinlərdən məhz yol nişanı çəkilmiş dayanacaqlarda düşmələri və minmələri xahiş olunur.
"Yol hərəkəti haqqında" Qanuna əsasən, ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Dayanacaqda marşrut nəqliyyat vasitələrinin (avtobus və trolleybusların) dayanmasını göstərən yol nişanı 5.12 "Avtobus və ya trolleybusun dayanacaq yeri" nişanıdır. 


























Facebook-da paylaş














