Qazaxda icra başçısı Azadlıq 92 ünvanında yerləşən çoxmənzilli binada yaşayan sakinlərin müraciəti ilə yerində tanış olub
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. Oktyabrın 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında yaşayan bir qrup bina sakininin müraciətinə əsasən yerində baxış keçirməsi, onların istəklərini dinləməsi rayonda vətəndaş amilinin əsas götürülməsininbariz nümunəsidir. Vətəndaşların yaşadıqları binanın kanalizasiya xətti və digər məsələlərlə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını söyləyib. İcra başçısı sözügedən məsələlərin həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib. Sakinlər onlara göstərilən qayğıya, eləcə də müraciətlərinə operativ şəkildə baxılmasına razılıq edərək buna görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanması hər bir dövlət məmuruna nümunədir. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir. 











Facebook-da paylaş














