• Təqvim

  • Maraq

Növbəti “PeşəFest” oktyabrın 2-də Qazaxda keçiriləcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də əmək bazarında mövcud vəziyyəti izləmək, peşə və ixtisaslar üzrə çağırışlara uyğun təkliflər vermək, vətəndaşlar, xüsusilə yeniyetmə və gənclər arasında müasir əmək bazarının tələbləri, zəruri peşə və ixtisaslar barədə maarifləndirmə, təbliğat işləri aparmaqdan ibarətdir. Bu istiqamətdə həyata keçirilən ardıcıl və sistemli fəaliyyətin davamı olaraq müasir əmək bazarında aktual olan peşə və ixtisasların tanıtım və təbliğatı məqsədilə hər il ölkənin 11 iqtisadi rayonu üzrə 12 müxtəlif şəhərdə “PeşəFest-2026” layihəsi həyata keçirilir. 

Bu məqsədlə növbəti tədbirlərin 18 sentyabr - 22 oktyabr 2026-cı il tarixlərində Sumqayıt, Quba, Qax, Mingəçevir, Gəncə, Qazax, Bərdə, Saatlı, Masallı, Naxçıvan, Ordubad və Bakı şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub.

Növbəti “PeşəFest-2026” layihəsi 2 oktyabr 2026-cı il tarixdə saat 12:00-da Qazax şəhər Heydər Əliyev adına parkda təşkil olunacaqdır.

“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festivalda iştirak edəcək yeniyetmə və gənclər müasir əmək bazarının tələbləri ilə tanış olmaq imkanı qazanacaq, təqdim olunan peşələrin tanınmış mütəxəssisləri ilə görüşəcək, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olacaq, öz maraq və istəklərinə uyğun peşə seçimində məsləhət xidmətindən faydalana biləcəklər.

“PeşəFest-2026” çərçivəsində əmək bazarında aktual hesab edilən 11 peşə və ixtisas istiqamətləri üzrə barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (Ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi – IOT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi, UI/UX dizayner (sayt, tətbiq dizayneri) sahələr təqdim olunacaq. Gəncə Peşə Hazırlığı Mərkəzinin, Tovuz Peşə Təhsil Mərkəzinin tələbələri, Qazax Dövlət Rəsm Qalereyasının üzvləri tərəfindən hazırlanmış əl işləri sərgilənəcək.

Sentyabrın 29-da Qazax Rayon İcra Hakimiyyətində “PeşəFest-2026” layihəsinə hazırlıq işləri ilə əlaqədar iclas keçirilib.

İclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, digər aidiyyəti şəxslər iştirak ediblər.

İcra başçısı Rəcəb Babaşov keçirilən “PeşəFest-2026”nın əhəmiyyətindən söz açaraq belə bir tədbirin Qazaxda keçirilməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəhbərliyinə razılığını ifadə edib.

Sonra “PeşəFest-2026” layihəsinin hazırlıq işləri müzakirə olunub, rayon rəhbəri aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.




Facebook-da paylaş


{sape_links}