Əsas Səhifə > Manşet / Rəsmi > Növbəti “PeşəFest” oktyabrın 2-də Qazaxda keçiriləcək
Növbəti “PeşəFest” oktyabrın 2-də Qazaxda keçiriləcəkBu gün, 18:05 |
|
Bu məqsədlə növbəti tədbirlərin 18 sentyabr - 22 oktyabr 2026-cı il tarixlərində Sumqayıt, Quba, Qax, Mingəçevir, Gəncə, Qazax, Bərdə, Saatlı, Masallı, Naxçıvan, Ordubad və Bakı şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub. Növbəti “PeşəFest-2026” layihəsi 2 oktyabr 2026-cı il tarixdə saat 12:00-da Qazax şəhər Heydər Əliyev adına parkda təşkil olunacaqdır. “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festivalda iştirak edəcək yeniyetmə və gənclər müasir əmək bazarının tələbləri ilə tanış olmaq imkanı qazanacaq, təqdim olunan peşələrin tanınmış mütəxəssisləri ilə görüşəcək, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olacaq, öz maraq və istəklərinə uyğun peşə seçimində məsləhət xidmətindən faydalana biləcəklər. “PeşəFest-2026” çərçivəsində əmək bazarında aktual hesab edilən 11 peşə və ixtisas istiqamətləri üzrə barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (Ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi – IOT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi, UI/UX dizayner (sayt, tətbiq dizayneri) sahələr təqdim olunacaq. Gəncə Peşə Hazırlığı Mərkəzinin, Tovuz Peşə Təhsil Mərkəzinin tələbələri, Qazax Dövlət Rəsm Qalereyasının üzvləri tərəfindən hazırlanmış əl işləri sərgilənəcək.
İclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, digər aidiyyəti şəxslər iştirak ediblər. İcra başçısı Rəcəb Babaşov keçirilən “PeşəFest-2026”nın əhəmiyyətindən söz açaraq belə bir tədbirin Qazaxda keçirilməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəhbərliyinə razılığını ifadə edib. Sonra “PeşəFest-2026” layihəsinin hazırlıq işləri müzakirə olunub, rayon rəhbəri aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Geri qayıt |