• Təqvim

  • Maraq

“İdman Paytaxtı” Qazax şəhərində İdman Festivalına yekun vurulub

2026-cı ilin “İdman səfirləri” Vəfa Musayeva, Aynur Yusufova və Elçin Əsədov tonqal ətrafında festival iştirakçıları ilə bir araya gəliblər. Səmimi şəraitdə keçən görüşdə səfirlər idmançılarla söhbət edib, onların suallarını cavablandırıblar. 

Tanınmış bloqer Ruslan Aslanov da festival iştirakçıları ilə görüşərək gənclərlə söhbət edib və onların suallarını cavablandırıb.

Heydər Əliyev parkında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar davam etdirilib. İdmançılar təmsil etdikləri növlərə aid hərəkət və texnikaları nümayiş etdirərək bacarıqlarını göstəriblər. Mərdan Kazımov və “44 Band”ın iştirakı ilə konsert proqramı təşkil edilib.

Festival möhtəşəm atəşfəşanlıqla başa çatıb.




Facebook-da paylaş


{sape_links}