“Korrupsiyaya qarşı mübarizədə hər birimiz fəal olmalıyıq” mövzusunda maarifləndirici görüş keçirilib
Görüşdə Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi Həsən Aslanov, Qazax rayon mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Mövzu ətrafında çıxışlar edilib, müzakirələr aparılıb, korrupsiyanın cəmiyyətə vurduğu zərər, onun qarşısının alınması yolları, şəffaflıq və dürüstlüyün əhəmiyyəti haqqında danışılıb. Həmçinin, korrupsiyaya qarşı mübarizədə hər bir vətəndaşın məsuliyyətindən bəhs olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Noyabrın 18-də Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində “Korrupsiyaya qarşı mübarizədə hər birimiz fəal olmalıyıq” mövzusunda maarifləndirici görüş keçirilib. 

Mərkəzin direktoru Ceyhunə Hüseynova iştirakçıları salamlayıb və görüşün məqsədi haqqında məlumat verib. Korrupsiyanın bütün cəmiyyətlərin üzləşdiyi və onu narahat edən problemlərdən biri olaraq qalmasından, hər bir sahədə inkişafa mane olan əsas faktor olmasını bildirib. Məhz buna görə də cəmiyyətin mütərəqqi inkişafına mane olur, inkişafa mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradaraq, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirir, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur.
Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi Həsən Aslanov korrupsiyaya qarşı hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması, nəticələrinin aradan qaldırılması, ictimai məsuliyyət məsələləri və bu istiqamətdə dövlətin apardığı əsas istiqamətlər haqqında geniş məlumat verib. O, bildirib ki, korrupsiya cəmiyyətin mütərəqqi inkişafına mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradır, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetirir, bu istiqamətdə müsbət nəticələrə nail olur, hüquq qaydaları möhkəmləndirilir, zəruri təsisatlar yaradılır, qanunlar qəbul edilir və qətiyyətlə mübarizə aparılır. 



Facebook-da paylaş














