Qazaxlı gənclərdən 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə möhtəşəm yürüş
Bu gün
Qazaxda Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin və Rayon
İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 oktyabr - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci
ildönümü münasibətilə rayon gənclərinin möhtəşəm yürüşü keçirilib. "Müstəqilliyimiz əbədidir” devizi altında keçirilən yürüş Qazax şəhərinə
Bakı istiqamətindən (At heykəlinin yanı) girişdə mərkəzi küçədən start götürüb. Mindən çox gənc Heydər Əliyev
prospekti ilə Ümummilli Liderin abidəsinin ucaldıldığı parka gəlib. Həmin parkda yerləşən
Qazax Gənclər Mərkəzinin qarşısınadək davam edən yürüşdə əllərində Azərbaycan
Respublikasının Dövlət bayraqlarını tutmuş gənclər "18 oktyabr - Milli Müstəqillik günüdür!”,
"Yaşasın müstəqil Azərbaycan!”, "Müstəqilliyimiz əbədidir!”, "Qarabağ Azərbaycandır!”,
"Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir!” şüarlarını səsləndiriblər. Gənclər Mərkəzinin qarşısında
konsert proqramı ilə davam etdirilən tədbir Azərbaycan
Respublikasının Dövlət
Himninin səsləndirilməsi ilə başlayıb. Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Şəbnəm
Həsənova bayram tədbirini açıq elan edərək bütün Azərbaycan xalqını 18 oktyabr – Dövlət Müstəqilliyi Günü
münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Tədbirdə Ulu Öndər Heydər
Əliyevin Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi yolundakı
fədakarlığından ətraflı danışılıb. Bu gün əsası Ümummili Lider tərəfindən
qoyulan dövlət siyasətinin onun layiqli davamçısı, ölkə başçısı cənab İlham
Əliyev tərəfindən də uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Birinci
vitse-prezident Mehriban Əliyevanın ölkəmizin inkişafında olan misilsiz xidmətləri
də böyük minnətdarlıq hissi ilə qeyd olunub. Sonra gənclər bir-birindən rəngarəng konsert
proqramı ilə çıxış ediblər. Qazax Rayon Gənclər və İdman İdarəsinin "Gənclik”
instrumental ansambılının ifasında səslənən "Azərbaycan” mahnısı alqışlarla
qarşılanıb. Gənc aşıqlardan
Samir Cəlaloğlunun, Nurlan Kərimovun,
Xəyal Yusifzadənin sazda ifa etdikləri vətənpərvərlik mövzusunda olan aşıq
havaları bayram tədbirinə xoş ovqat qatıb. Gənclərdən Xaqan
Qurbanov gitarada, ansambılın bədii rəhbəri Vahid Bayramov skripkada bayram əhval-ruhiyyəli
mahnılar ifa ediblər. Gənc müğənnilərdən
Türkan Rəhimovanın, Sarif Vəliyevin, Nəsimi Kamaloğlunun, Orxan Dənizin, gənc
meyxanaçı Əmir Qazaxlının, gənc repçi Elşad Abdıyevin ifaları da tədbirə toplaşanlarda
böyük coşqu hissi yaradıb. Qazax
Rayon Gənclər və İdman İdarəsinin "Gənclik” rəqs qrupununun və
gənc könüllülərin rəngarəng rəqs nömrələri, eləcə də idmançılarımızın nümunəvi
çıxışları tədbir iştirakçılarının marağına səbəb olub. Sonda bayram tədbiri "Müstəqilliyimiz
əbədidir” yazılmış şüarın şarlarla birgə havaya buraxılması ilə başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş