• Təqvim

  • Maraq



Gənclər dövlət müstəqilliyindən danışıblar

Gənclər dövlət müstəqilliyindən danışıblar
GOYEZEN.AZ bildirir ki, bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecinin "İdeoloji Mərkəz"ində 18 oktyabr-Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib.

Qazax rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kollecdə təhsil alan gənclər, müəllimlər iştirak edib.

Kollecin tədris işləri üzrə direktor müavini Nicat Göyüşov tədbiri giriş sözü ilə açaraq 18 oktyabr-Dövlət Müstəqilliyi gününün tarixi əhəmiyyətindən danışıb.

Sonra rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, idarənin məsləhətçisi İsmayıl Süleymanov, MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, kollecin şöbə müdiri Elvira Əfəndiyeva, müəllim Tərlan Bədəlova və "Maliyyə işi" fakültəsinin II kurs tələbəsi Aytən Axundova çıxış edərək müstəqillik günü ilə əlaqədar fikir və arzularını bildiriblər.

Gənclər dövlət müstəqilliyindən danışıblar
Gənclər dövlət müstəqilliyindən danışıblar
Gənclər dövlət müstəqilliyindən danışıblar
Gənclər dövlət müstəqilliyindən danışıblar


Facebook-da paylaş