• Təqvim

  • Maraq



Şərqin ilk demokratik dövləti

Şərqin ilk demokratik dövləti
Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il ötür. 28 may 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan dövləti mövcud olduğu 23 ay ərzində bir çox tarixi əhəmiyyətli işlər həyata keçirmişdir.

Həmin gün Respublika Günü kimi hər il qeyd olunur. Respublikanın hər yerində olduğu kimi Qazax rayonunda da 28 may Respublika Günü ilə əlaqədar tədbir keçirilib.

Gənclər Mərkəzində keçirilən tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ağsaqqallar, gənclər və KİV nümayəndələri iştirak edib.
Şərqin ilk demokratik dövləti
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül-çiçək dəstələri qoyub əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Şərqin ilk demokratik dövləti
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq geniş məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan Demokratik Respublikası süquta uğrasa da 1918-ci ildə onun Azərbaycana əkdiyi müstəqillik toxumu XX əsrin son on illiyində yenidən cücərib üzə çıxdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, XX əsrdə Azərbaycan ikinci dəfə siyasi müstəqillik əldə etdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayışından sonra respublikamızın müstəqilliyi məhv olmaq təhlükəsindən qurtuldu. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ümummilli liderin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”.
Şərqin ilk demokratik dövləti
Şərqin ilk demokratik dövləti
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov, əməkdar müəllim, 1 saylı tam orta məktəbin tarix müəllimi Mustafa Mirzəyev, Bakı Dövlət Universiteti Qazax filialının baş müəllimi Mübariz Süleymanov, Qazax Dövlət Sosial İqtisadi Kollecin şöbə müdiri Elvira Əfəndiyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı söz açaraq öz arzu və istəklərini bildiriblər.
Şərqin ilk demokratik dövləti
Şərqin ilk demokratik dövləti
Şərqin ilk demokratik dövləti
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq tədbir iştirakçılarını və Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə bir daha səmimi qəlbdən təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.

Elçin İSMAYIL


Facebook-da paylaş