“Ağ ölümlə mübarizə” mövzusunda dəyirmi masa keçirilib - Qazaxda
BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun – "Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü" kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamətində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır.
Son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığı xeyli artmışdır.
26 iyun – "Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü" ilə əlaqədar olaraq il ərzində Qazax rayonunda da Gənclər və İdman İdarəsi, hüquq-mühafizə orqanları tərəfindən tədbirlər keçirilir, dəyirmi masalar təşkil edilir, sərgilər nümayiş olunur.
Növbəti belə dəyirmi masa bu gün Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 iyun – "Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş “Ağ ölümlə mübarizə” başlığı altında təşkil olunub.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin “İdeoloji Mərkəz” otağında təşkil olunan dəyirmi masada hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, kollecin müəllim-tələbə kollektivi və KİV nümayəndələri iştirak edib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Narkomaniya və onun törətdiyi fəsadlardan, cəmiyyət üçün necə ağır bir bəla olmasından söz açıb.
Sonra rayonun baş narkoloq-həkimi Nahidə Osmanova, rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı Ülfan Əhmədov, MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva və kollecin tələbəsi, fəal gənc Mələk Məmmədova çıxış edərək gənclərin maariflənməsi sahəsində belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Sonda tədbir iştirakçılarına idarə tərəfindən çap edilmiş maarifləndirici kitabçalar paylanılıb.

GOYEZEN.AZ
Facebook-da paylaş