Qazaxda “Qadına şiddətə yox de!” mövzusunda konfrans keçirilib
25 Noyabr - Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günüdür-----------------
Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialında “Qadına şiddətə yox de!” mövzusunda konfrans keçirilib.
Konfransda idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, müəllimlər, tələbələr və KİV nümayəndələri iştirak edib.
Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev konfransı giriş sözü ilə açaraq ailə və cəmiyyətin ictimai həyatında qadınların rolundan danışıb. Bildirib ki, Azərbaycanda insan hüquqları xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir.
Bu qanunvericilikdə öz əksini tapıb. Məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün səylərini birləşdirməlidir.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov konfransda çıxış edərək bildirib ki, qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmayıb.
Xüsusən silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görüb. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalıb.
Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb.
Sonra BDU Qazax filialının müəllimi Gülnar Nəzərova “Zorakılıqla mübarizədə beynəlxalq aləmdə və Azərbaycanda mövcud vəziyyət” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda qadın zorakılığına qarşı qəbul olunan qanunlar və görülən işlərin təhlilləri slayt vasitəsilə nümayiş olunub.
Daha sonra məruzə ətrafında çıxışlar olub. Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, rayon Məhkəməsinin hakimi Qurban Abbasov, Milli Təhlükəsizlik Nazirliyi Qazax rayon şöbəsinin rəisi Vidadi Həsənov, rayon Prokurorunun müavini vəzifəsini icra edən Nəriman Əsədov, Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və filialın müəllimi Heyran Vəkilova çıxış edərək rayonumuzda qadın zorakılığına qarşı mübarizə istiqamətində görülən işlər və onun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən söz açıblar.

Facebook-da paylaş