Qazaxda Kür çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam edir
Y.Məmmədovun axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Hazırda vətəndaşın axtarışı batdığı ehtimal olunan istiqamətlərdə davam etdirilir. Noyabrın 22-dən, yəni hadisə baş verən tarixdən etibarən Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən “Rayon Fövqəladə Hallar Komissiyası”, Qazax Rayon Polis Şöbəsi sözügedən məsələni, Y.Məmmədovun axtarışını daim diqqət mərkəzində saxlamışdır. Noyabrın 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və digər aidiyyəti qurumların nümayəndələri Birinci Şıxlı kəndində olub, Kür çayında batdığı ehtimal olunan şəxsin axtarış prosesi və bununla bağlı görülmüş işlərlə yerində maraqlanıblar. Qeyd edək ki, axtarışlar RİH tərəfindən diqqət mərkəzində saxlanılır.
Noyabrın 22-də Qazax rayonunun Birinci Şıxlı kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Yaqub Telman oğlunun Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində çayı keçərkən batdığı ehtimal olunur.





Facebook-da paylaş














