Qazaxda cari ilin iyun ayında rayon ərazisinə yağan güclü dolu nəticəsində evlərinə ziyan dəymiş Fərəhli kənd sakinlərinə dam örtüyü materiallarının verilməsinə başlanılıb
İcra başçısı təbii fəlakət baş verən ilk gündən bu məsələni daim diqqət mərkəzində saxladı, sakinlərə qayğısını əsirgəmədi. İcra aparatının məsul işçiləri, rayon fövqəladə hallar komissiyasının üzvləri baş vermiş hadisə ilə bağlı dərhal sözügedən kəndlərdə oldu, ziyan dəymiş evlərə, həyətlərə və sahələrə baxış keçirdi. Dəymiş ziyanın dəyəri aidiyyəti şəxslər tərəfindən dəqiqləşdirildi. İcra başçısı dəfələrlə dolu nəticəsində zərər dəymiş evlərdə olaraq mövcud vəziyyətlə şəxsən yerində tanış oldu. Sakinlərə dəymiş zərərin aradan qaldırılması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını bildirdi. Sentyabrın 18-dən etibarən güclü dolu nəticəsində sakinlərə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş dam örtüyü materiallarının Qazax Rayon İcra Hakimiyyətinin nəzarəti ilə sakinlərə paylanılmasına start verilib. Təqdirəlayiq haldır ki, Quşçu Ayrım kəndində güclü dolu nəticəsində sakinlərə dəymiş ziyanın aradan qaldırılması üçün ayrılmış dam örtüyü materiallarının onlara paylanılmasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəxsən özü iştirak etdi. İcra başçısı sentyabrın 18-də bununla əlaqədar Quşçu Ayrım kəndində oldu, dəymiş ziyanla bağlı dam örtüyü materialları paylanılan kənd sakinləri ilə görüşdü. Məlumat üçün qeyd edək ki, Quşçu Ayrım kəndində dolu nəticəsində ziyan dəymiş 196 fərdi yaşayış evinin dam örtüyünün yenilənməsi üçün lazım olan materialların verilməsi tam başa çatıb. Belə ki, material paylanılmış 196 fərdi yaşayış evindən 119-nun dam örtüyünün dəyişdirilməsi tam yekunlaşıb. Hazırda 1 evdə işlər davam edir. Qalan 76 evdə isə dam örtüyünün yenilənməsi həyata keçiriləcəkdir. Rayonun Fərəhli kəndində güclü dolu nəticəsində ziyan dəymiş 119 fərdi yaşayış evinin dam örtüyünün yenilənməsi üçün materialların sakinlərə paylanılmasına başlanılıb. Belə ki, material paylanılmış 33 fərdi yaşayış evindən 13-də dam örtüyünün dəyişdirilməsi yekunlaşıb. Hazırda 1 evdə işlər davam edir. Onu da qeyd edək ki, adları qeyd olunan digər kəndlər üzrə doludan zərər çəkmiş vətəndaşlara dam örtüyü materiallarının verilməsi növbəlilik əsasında həyata keçiriləcəkdir. Hər zaman dövlətin qayğısını hiss edən kənd sakinləri onlara göstərilən diqqətə, dəstəyə görə başda ölkə Prezidenti İlham Əliyev olmaqla, bu işdə əziyyəti olan hər kəsə dərin minnətdarlıqlarını bildirirlər. Dövlətin hər zaman olduğu kimi, bu dəfə də onların çətin anında yanında olduğunu dilə gətirirlər. Quşçu Ayrım kəndi Fərəhli kəndi
2026-cı ilin 20 iyun tarixində baş vermiş güclü külək, leysan yağışları və dolu nəticəsində Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Fərəhli, Çaylı, Alpout, Dəmirçilər, Daş Salahlı kəndlərində sakinlərin yaşadığı evlərin dam örtüklərinə və təsərrüfat sahələrinə ciddi ziyan dəymişdir. 


























Facebook-da paylaş














