• Təqvim

  • Maraq

Fəal gəncin yazdıqlarından: “Cənab Prezident, Qurultayda səsləndirdiyiniz dərin məzmunlu fikir və təhlillər bir YAP fəalı olaraq mənim də qəlbimdə sonsuz fəxarət hissi oyatdı”

Pəri İbrahimovadan, 

Möhtərəm Prezident,

Bu il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının VIII Qurultayını, Sizin oradakı tarixi və proqram xarakterli nitqinizi böyük qürur, diqqət və həyəcanla izlədim. Qurultayda səsləndirdiyiniz dərin məzmunlu fikir və təhlillər hər bir siyasi həmkarım kimi, sıravi bir YAP fəalı olaraq mənim də qəlbimdə sonsuz fəxarət hissi oyatdı.

Ümummilli Liderimiz Heydər Əliyevin zəngin siyasi irsi üzərində ucalan Yeni Azərbaycan Partiyası Sizin müdrik və qətiyyətli rəhbərliyiniz altında bu gün ölkəmizin sarsılmaz siyasi dayağına, milli həmrəyliyimizin əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Müzəffər Ali Baş Komandanlığınızla qazanılan tarixi zəfərlərdən sonra formalaşan yeni geosiyasi reallıqlarda keçirilən bu Qurultay, dövlətimizin gələcək inkişaf xəritəsini müəyyən edən müstəsna bir siyasi hadisə oldu.

Sizin Qurultay kürsüsündən bəyan etdiyiniz strateji hədəflər, milli maraqlara söykənən konseptual baxışınız və partiyamızın qarşısında qoyduğunuz yeni vəzifələr bir YAP fəalı kimi mənim üçün əsl fəaliyyət məramnaməsidir. Şəxsən iştirak etməsəm də, o möhtəşəm tədbirin ruhunu, Sizin verdiyiniz mesajların böyüklüyünü dərindən hiss edir və bu ali çağırışlara tam hazır olduğumu bildirmək istəyirəm.

Sizi əmin etmək istəyirəm ki, VIII Qurultaydan doğan hər bir tapşırıq və tövsiyəni öz fəaliyyətimin ana xətti hesab edirəm. Partiyamızın nüfuzunun daha da ucaldılması, cəmiyyətimizdə milli-mənəvi dəyərlərin və dövlətçilik ideyalarının təbliği, eləcə də böyük quruculuq salnamənizə kiçik də olsa töhfə vermək üçün var gücümlə çalışacağam. Sizin müəyyənləşdirdiyiniz Zəfər yolunda sarsılmaz iradə ilə dayanmaq mənim üçün ali vətəndaşlıq borcudur.

Azərbaycanın beynəlxalq müstəvidə qüdrətlənməsi, xalqımızın firavanlığı və dövlətimizin parlaq gələcəyi naminə həyata keçirdiyiniz misilsiz xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti, siyasi fəaliyyətinizdə yeni-yeni zəfərlər arzulayıram.

Dərin ehtiram və sadiqliklə,

Pəri İbrahimova,

Azərbaycan Respublikası, Qazax şəhəri,

22 oktyabr 2026-cı il

https://president.az/az/articles/view/74258




Facebook-da paylaş


{sape_links}