• Təqvim

  • Maraq

Ərazi partiya təşkilatlarında görüşlər davam edir

Memarı Ümummilli Lider, Dahi Rəhbər Heydər Əliyev olan, “Qələbələr Partiyası” adlanan Yeni Azərbaycan Partiyasının VIII Qurultayının böyük mütəşəkkilliklə keçirilməsi təkcə ölkəmiz üçün deyil, bütün bölgə üçün böyük önəm daşıyan bir hadisə oldu.

Partiyamızın Ali Orqanında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tapşırıq və tövsiyələrlə zəngin olan, dərin məzmunlu, proqram xarakterli nitq söylədi.

Qurultaydan sonra respublikamızın şəhər və rayonlarında Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatlarında Qurultayın yekunlarına həsr olunmuş görüşlər keçirilir.

Növbəti görüşlər YAP Qazax rayon təşkilatının Magistral Qaz Kəmərləri idarəsi, Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəb, Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəb ərazi partiya təşkilatlarında və YAP Tovuz və Qazax rayon təşkilatlarının birgə təşkilatçılığı ilə 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ərazi partiya təşkilatlarında keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Görüşlərdə Prezident İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə olunmuş nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, tapşırıqlardan ətraflı danışılıb. Möhtərəm Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı rayon təşkilatı sədrləri tərəfindən partiya üzvlərinə lazımi tapşırıq və tövsiyələr verilib.

Görüşlərdə çıxış edən partiya üzvləri Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Qurultaydakı nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.




Facebook-da paylaş


{sape_links}