YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir
Qurultaydan sonra respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da rayon təşkilatının ərazi partiya təşkilatlarında bu məqsədlə partiya üzvləri ilə görüşlər keçirilir. Növbəti görüşlər rayon təşkilatının Əskipara, Yuxarı Salahlı, Aslanbəyli, Qaymaqlı və Kəmərli kənd ərazi partiya təşkilatlarında keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Görüşlərdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Prezident İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə olunmuş nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, tapşırıqlardan ətraflı danışıb. Rayon təşkilatının sədri Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı partiya üzvlərinə lazımi tapşırıq və tövsiyələrini verib. Görüşlərdə çıxış edən partiya üzvləri Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Qurultaydakı nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.
2 oktyabr 2026-cı il tarixdə paytaxt Bakının memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi. İlk dəfə idi ki, YAP-ın Qurultayı Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olunduqdan sonra, yeni bir geosiyasi şəraitdə keçirilirdi. Qurultayı daha əlamətdar, mötəbər edən amillərdən biri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqi oldu. Partiyamızın Ali Orqanında Prezident İlham Əliyev tapşırıq və tövsiyələrlə zəngin olan, dərin məzmunlu, proqram xarakterli nitq söylədi.





























Facebook-da paylaş














