Əsas Səhifə > Rəsmi > YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edirBu gün, 12:30 |
|
Qurultaydan sonra respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da rayon təşkilatının ərazi partiya təşkilatlarında bu məqsədlə partiya üzvləri ilə görüşlər keçirilir. Növbəti görüşlər rayon təşkilatının Əskipara, Yuxarı Salahlı, Aslanbəyli, Qaymaqlı və Kəmərli kənd ərazi partiya təşkilatlarında keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Görüşlərdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Prezident İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə olunmuş nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, tapşırıqlardan ətraflı danışıb. Rayon təşkilatının sədri Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı partiya üzvlərinə lazımi tapşırıq və tövsiyələrini verib. Görüşlərdə çıxış edən partiya üzvləri Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Qurultaydakı nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.
Geri qayıt |