İcra başçısı şəhərdə abadlıq işləri aparılan və işıqlandırma nəzərdə tutulan ərazilərə baxış keçirib
Oktyabrın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərdə abadlıq işləri aparılan və işıqlandırma nəzərdə tutulan, həmçinin, təmizlik işləri həyata keçirilən ərazilərdə olub. Rayon rəhbəri əvvəlcə şəhərin Cəlil Məmmədquluzadə (Nəriman Nərimanovdan Xanlıqlar kəndinə gedən ərazi) küçəsində həyata keçirilən abadlıq işləri ilə yerində tanış olub. Sonra icra başçısı şəhərin Firuddin bəy Köçərli (keçmiş Azadlıq küçəsi döngə 1), Mayis Yaqubov küçələrində olub, sözügedən küçələrdə aparılan təmizlik işlərinə baxış keçirib, küçələrin işıqlandırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib. Daha sonra icra başçısı şəhərin Nəsrəddin Tusi küçəsinin kəsişməsində “Əriklik” adlanan ərazidə olub, küçələrdə aparılan təmizlik işlərinə baxış keçirərək digər işlər barədə aidiyyəti şəxslərə müvafiq tapşırqlar verib. Şəhərin Cəlil Məmmədquluzadə küçəsində həyata keçirilən abadlıq işlərinə baxış Şəhərin Firuddin bəy Köçərli və Mayis Yaqubov küçələrində həyata keçirilən abadlıq işlərinə baxış Şəhərin Nəsrəddin Tusi küçəsinin kəsişməsində “Əriklik” adlanan ərazidə həyata keçirilən abadlıq işlərinə baxış
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla icra olunması sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Görülmüş işlər nəticəsində nəinki paytaxt Bakı, eləcə də bütün şəhər və rayonlarımız gündən-günə müasirləşir, gözəlləşir, daha abad olur. Bunu son bir neçə ildə Qazaxın timsalında, rayonda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir. Şəhərin Nəriman Nərimanov yaşayış massivində, Əliağa Şıxlinski küçəsində aparılan genişmiqyaslı quruculuq işləri dediklərimizin əyani sübutudur. Böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən abadlıq işləri bu gün də davam etdirilir.




































Facebook-da paylaş














