Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı şəhərdə abadlıq işləri aparılan və işıqlandırma nəzərdə tutulan ərazilərə baxış keçirib
İcra başçısı şəhərdə abadlıq işləri aparılan və işıqlandırma nəzərdə tutulan ərazilərə baxış keçiribDünən, 15:30 |
|
Oktyabrın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərdə abadlıq işləri aparılan və işıqlandırma nəzərdə tutulan, həmçinin, təmizlik işləri həyata keçirilən ərazilərdə olub. Rayon rəhbəri əvvəlcə şəhərin Cəlil Məmmədquluzadə (Nəriman Nərimanovdan Xanlıqlar kəndinə gedən ərazi) küçəsində həyata keçirilən abadlıq işləri ilə yerində tanış olub. Sonra icra başçısı şəhərin Firuddin bəy Köçərli (keçmiş Azadlıq küçəsi döngə 1), Mayis Yaqubov küçələrində olub, sözügedən küçələrdə aparılan təmizlik işlərinə baxış keçirib, küçələrin işıqlandırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib. Daha sonra icra başçısı şəhərin Nəsrəddin Tusi küçəsinin kəsişməsində “Əriklik” adlanan ərazidə olub, küçələrdə aparılan təmizlik işlərinə baxış keçirərək digər işlər barədə aidiyyəti şəxslərə müvafiq tapşırqlar verib. Şəhərin Cəlil Məmmədquluzadə küçəsində həyata keçirilən abadlıq işlərinə baxış
Şəhərin Firuddin bəy Köçərli və Mayis Yaqubov küçələrində həyata keçirilən abadlıq işlərinə baxış
Şəhərin Nəsrəddin Tusi küçəsinin kəsişməsində “Əriklik” adlanan ərazidə həyata keçirilən abadlıq işlərinə baxış
Geri qayıt |