Qazaxda cari ilin iyun ayında rayon ərazisinə yağan güclü dolu nəticəsində evlərinə ziyan dəymiş Quşçu Ayrım kənd sakinlərinə dam örtüyü materiallarının verilməsinə başlanılıb
İcra başçısı təbii fəlakət baş verən ilk gündən bu məsələni daim diqqət mərkəzində saxladı, sakinlərə qayğısını əsirgəmədi. İcra aparatının məsul işçiləri, rayon fövqəladə hallar komissiyasının üzvləri baş vermiş hadisə ilə bağlı dərhal sözügedən kəndlərdə oldu, ziyan dəymiş evlərə, həyətlərə və sahələrə baxış keçirdi. Dəymiş ziyanın dəyəri aidiyyəti şəxslər tərəfindən dəqiqləşdirildi. İcra başçısı dəfələrlə dolu nəticəsində zərər dəymiş evlərdə olaraq mövcud vəziyyətlə şəxsən yerində tanış oldu. Sakinlərə dəymiş zərərin aradan qaldırılması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını bildirdi. Bu gündən Quşçu Ayrım kəndində güclü dolu nəticəsində sakinlərə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş dam örtüyü materiallarının Qazax Rayon İcra Hakimiyyətinin nəzarəti ilə sakinlərə paylanılmasına start verilib. Sentyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Quşçu Ayrım kəndində olub, dəymiş ziyanla bağlı dam örtüyü materialları paylanılan kənd sakinləri ilə görüşüb. Sakinlərlə səmimi söhbət edən icra başçısı dam örtüyü materiallarının verilməsinə ciddi nəzarət olunduğunu bildirərək təhvil verilmiş materialların dərhal istifadə olunmasını qeyd edib. Rayon rəhbəri həmçinin, sakinlərə yaşadıqları evləri sığortalamağı da tövsiyə edib. Kənd sakinləri onlara göstərilən diqqətə, qayğıya, dəstəyə görə başda ölkə Prezidenti İlham Əliyev olmaqla, bu işdə əziyyəti olan hər kəsə dərin minnətdarlıqlarını bildiriblər. Dövlətin hər zaman olduğu kimi, bu dəfə də onların çətin anında yanında olduğunu dilə gətiriblər.
2026-cı ilin 20 iyun tarixində baş vermiş güclü külək, leysan yağışları və dolu nəticəsində Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Fərəhli, Çaylı, Alpout, Dəmirçilər, Daş Salahlı kəndlərində sakinlərin yaşadığı evlərin dam örtüklərinə və təsərrüfat sahələrinə ciddi ziyan dəymişdir. 





















Facebook-da paylaş














