Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
Sentyabrın 10-da Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Kazım Kazımlının (Kazımov Kazım Abdulla oğlu) Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çap olunmuş “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin birgə təşilatçılığı ilə Qazax Ədəbiyyat Muzeyində keçirilən təqdimat mərasimində Kazım Kazımlının sözünə, şeirlərinə, şəxsiyyətinə dəyər, qiymət verənlər şairin ünvanına səmimi ürək sözlərini səsləndiriblər. TədbirdəQazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, AYB üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət, təhsil işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, gənclər, şairin ailə üzvləri, yaxınları, KİV nümayəndələri iştirak ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan doğma Qazax eli həm də tarixi şəxsiyyətləri, ziyalıları, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınır. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda yubiley tədbirlərinin, kitab təqdimatlarının keçirilməsi, əlamətdar günlərin qeyd edilməsi isə artıq bir ənənə halını alıb.
Facebook-da paylaş














