Qazaxda icra başçısı şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, şəhər və kəndlərdə səyyar görüşlər təşkil olunur, vətəndaşların müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Təqdirəlayiq haldır ki, rayon rəhbərliyi vətəndaşları təkcə inzibati binada qəbul etməklə, səyyar görüşlərdə onlarla görüşməklə kifayətlənmir. İcra başçısı həm də şəhərdə vətəndaşların arasında olaraq onları dinləməyə də üstünlük verir. Sentyabrın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərdə gəzərkən bir qrup vətəndaşla görüşüb, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb. Sakinlər onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Onlarla olan bu səmimi görüşü, müraciətlərini dinləməsini rayonda vətəndaş amilinin əsas götürülməsi kimi qiymətləndiriblər.
Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsini səsləndirir ki, bu, kəsə nümunə olmaqla yanaşı, həm də dövlət məmurlarına bir ismarıcdır. O vətəndaş amili ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında məhz bu amil dayanır. Dövlət başçısının söylədiyi “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür” sözləri bu gün hər bir dövlət məmuru üçün iş fəaliyyətlərində bir yol xəritəsidir. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır.




Facebook-da paylaş














