• Təqvim

  • Maraq

Şair, publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlu Qazaxda oxucularla görüşüb

Sentyabrın 11-də Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin birgə təşkilatçılığı ilə tanınmış şair, publisist, Əməkdar jurnalist, "Ədalət" qəzetinin Baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlunun Qazaxda oxucularla görüşü keçirilib. 

Ədəbiyyat Muzeyində təşkil olunmuşgörüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sekorunun baş məsləhətçisi Gülnar Quluyeva, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, ictimai-siyasi xadim, publisist, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Ramiz Göyüşov, AYB üzvləri, mədəniyyət, təhsil işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, gənclər, könüllülər iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Əməkdar jurnalistin həyat və yaradıcılığından bəhs edən videoslayd nümayiş etdrilib.

Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını və qonaqları Qərbin qapısı sayılan Qazaxda salamlamaqdan məmnunluq hissi duyduğunu qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sekorunun baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Şair, publisist, Əməkdar jurnalist, "Ədalət" qəzetinin Baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu ilə şairlər, aşıqlar yurdu olan Qazaxda keçirilən bugünkü görüşdə olmaqdan məmnun olduğunu dilə gətirib. Şairin qazaxlı gənclərlə, oxucularla olan görüşünə görə razılığını ifadə edib.

Publisist Ramiz Göyüşov, AYB Qazax Bölməsində ədəbi məsləhətçi Mustafa Rasimoğlu, Ağstafada “Hüseyn Arif ədəbi məclisi”nin rəhbəri, şair Saqif Qaratorpaq, şair, AYB üzvü Rüfət Axundlu və başqaları çıxış edərək şair, publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlu haqqında səmimi ürək sözlərini səsləndirib, onun həyat və yaradıcılığından söz açıblar.

Şair, publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlu çıxış edərək onunla görüşə gələn oxucuları salamlayıb, səmimi ürək sözlərini səsləndirərək razılığını ifadə edib. Bugünkü görüşün təşkilində göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə və əziyyəti keçən insanlara minnətdarlığını bildirib.

Görüşdə şairin yaradıcılığından söhbət açılıb, onun qələmə aldığı şeirlər səsləndirilib. Sonda şair oxucuların suallarını cavablandırıb. Ədəbiyyatsevərlər və oxucular görüşdən xoş təəssüratla ayrılıblar.




Facebook-da paylaş


{sape_links}