• Təqvim

  • Maraq

İcra başçısı Ağköynək kəndində yol kənarında aparılan abadlıq işləri ilə yerində maraqlanıb

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları qəbul edilərək uğurla icra olunur ki, bu, bütün bölgələrdə genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması deməkdir. Dövlət başçısının göstərdiyi diqqət və qayğı sayəsində son illər günü-gündən gözəlləşən Qazaxda aparılan abadlıq işlərindən bunu aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Sentyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan abadlıq işləri ilə bağlı yerində baxış keçirib. Rayon rəhbəri görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanaraq, görülmüş və görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.




Facebook-da paylaş


{sape_links}