• Təqvim

  • Maraq

İcra başçısı Ağköynək kəndində yol kənarında həyata keçirilən abadlıq işləri ilə yerində tanış olub

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Dövlət başçısının göstərdiyi diqqət və qayğı sayəsində son bir neçə ildə günü-gündən gözəlləşən Qazaxda aparılan abadlıq işlərindən bunu aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Sentyabrın 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan abadlıq işləri ilə bağlı yerində baxış keçirib. Rayon rəhbəri görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb, görülmüş və görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.




Facebook-da paylaş


{sape_links}