2025-ci ildə Qazax rayonunda əmək bazarının vəziyyəti haqqında təhlili məruzə
Ölkədə aparılan islahatlar iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş, dinamik iqtisadi inkişaf təmin edilmişdir. Regionların iqtisadi inkişafının təmin edilməsi, əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerləri, müəssisələr, infrastruktur obyektləri yaradılmışdır. Əhalinin iqtisadi fəallığına dair keçirilən müayinənin nəticələrinə əsasən rayonda 2026-cı ilin yanvar ayının 1-i tarixinə 57364 nəfər iqtisadi fəal əhali olmuşdur ki, bu, ümumi rayon əhalisinin 59,3 faizini təşkil edir. İqtisadi fəal əhalinin 54315 nəfəri iqtisadiyyatda məşğul olanlardır. İqtisadiyyatda məşğul olanların 22,6 faizi şəhər, 77,4 faizi kənd əhalisidir. İqtisadi fəal əhalidən 3049 nəfəri işsizdir. 01 yanvar 2026-cı il tarixinə məşğul əhalinin 10883 nəfəri və yaxud 20,0 faizi muzdla işləyir. Onlardan 6731 nəfəri və ya 61,8 faizi dövlət mülkiyyətində, 4152 nəfəri və ya 38,2 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərdə çalışanlardır. İqtisadi fəaliyyət növlərinə uyğun olaraq muzdla işləyən işçilərin 52 nəfəri kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1884 nəfəri sənaye, 293 nəfəri tikinti, 2297 nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin və nəqliyyat vasitələrinin təmiri, 249 nəfəri nəqliyyat və anbar təsərrüfatı, 89 nəfəri informasiya və rabitə, 159 nəfəri maliyyə və sığorta, 596 nəfəri dövlət idarəetməsi və müdafiə, sosial təminat, 3045 nəfəri təhsil, 1286 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 569 nəfəri istirahət, əyləncə və incəsənət, 364 nəfəri digər xidmət sahələrində çalışmışdır. Muzdla işləyənlərin strukturu, faizlə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının hərtərəfli inkişafını təmin etmiş, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi, regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması əmək bazarının inkişafı üçün əsaslı zəmin yaratmışdır. Belə ki, 2025-ci ildə rayonda 58 müəssisə yaradılmış, 752 fiziki şəxs qeydiyyatdan keçmişdir. İl ərzində 76 yeni iş yeri açılmışdır. 2025-ci ildə işçi qüvvəsinin hərəkətinə dair məlumatların təhlili göstərir ki, hüquqi şəxslər tərəfindən bu dövr ərzində boş iş yerlərinə 1403 nəfər qəbul edilmişdi ki, bunun 151 nəfəri yeni açılmış iş yerlərinə, 58 nəfəri məşğulluq orqanlarının göndərişi ilə qəbul edilmişdir. İşdən azad edilənlərin sayı il ərzində 1603 nəfər olmuşdur. İqtisadiyyatın fəaliyyət növləri üzrə muzdla işləyən işçilərin sayı və orta aylıq nominal əməkhaqqı İlin sonuna muzdlu işçilərin sayı, nəfər Orta aylıq nominal əmək haqqı, manatla 2025-ci il 2024-cü il 2025-ci il 2024-cü il 2025-ci il 2024-cü ilə nisbətən faizlə Rayon üzrə cəmi 10883 11232 776,6 731,0 106,2 o cümlədən: Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 52 53 627,2 534,5 117,4 Mədənçıxarma sənayesi 359 349 1138,0 1036,2 109,8 Emal sənayesi 847 849 1566,0 1682,5 93,1 Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 204 247 924,4 920,1 100,5 Su təchizatı, tullantıların təmizlənməsi və emalı 474 472 638,7 544,5 117,3 Tikinti 293 314 544,2 461,4 117,9 Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri 2297 2380 509,1 462,0 103,5 Nəqliyyat və anbar təsərrüfatı 249 236 955,6 877,7 108,9 Yaşayışın təşkili və ictimai iaşə 38 122 531,4 423,2 125,6 İnformasiya və rabitə 89 112 645,5 685,8 94,1 Maliyyə və sığorta fəaliyyəti 159 137 1820,1 1716,7 106,0 Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 44 42 467,6 418,8 111,7 Peşə, elmi və texniki fəaliyyət 25 33 707,9 571,4 123,9 İnzibati və yardımçı xidmətlərin göstərilməsi 210 213 560,7 516,4 108,6 ...ardı Dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat 596 620 1023,2 1018,0 100,5 Təhsil 3045 3085 676,9 619,1 109,3 Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 1286 1317 835,2 760,6 109,8 İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 569 618 519,9 476,2 109,2 Digər sahələrdə xidmətlərin göstərilməsi 47 33 744,7 706,6 105,4 Qazax Rayon Statistika İdarəsi
Azərbaycan Respublikasında son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir.
2025-ci ildə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 6,2 faiz artaraq 776,6 manat təşkil etmişdir. Dövlət mülkiyyətində olan müəssisələrdə çalışanların əməkhaqqı 742,3 manat, qeyri-dövlət mülkiyyətində olan müəssisələrdə çalışanların əməkhaqqı isə 834,9 manat olmuşdur. Emal sənayesində, maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.
Facebook-da paylaş














